Mərkəzi göstərən Əliyar Ağayev diqqət mərkəzində - VİDEO

FİFA referesi Əliyar Ağayev UEFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib.

 

Sportinfo.az xəbər verir ki, 2013-cü ildə etibarən beynəlxaql oyunlara təyinat alan referi müstəqil Azərbaycan futbolunda bu pilləyə yüksələn ilk hakimimiz kimi tarixə düşüb.

 

1-ci kateqoriyaya yüksəlmək Əliyar Ağayevin daha mötəbər oyunlara təyinat almasına imkan verəcək. Təbii ki, bu dərəcəyə yüksəlmək üçün hakimdən yüksək nəzəri biliklər və fiziki hazırlıq tələb olunur.

 

Nəzərə almaq lazımdır ki, Azərbaycan premyer liqası da səviyyəcə top klubların çıxış etdiyi çempionatlardan xeyli geri qalır.

 

Belə mühitdə yerli hakimlərin beynəlxalq səviyyədə uğuru sevindirməyə bilməz. 1-ci kateqoriyalı hakimlər arasında ən gənci olan 30 yaşlı Əliyar Ağayev fəaliyyəti sayəsində elit səviyyəyə yüksələ bilər. 

 

Əliyar Ağayev 2015-ci ildən UEFA Avropa Liqasının qrup oyunlarına təyinat almağa başlayıb. Referi 2011-2014-cü illərdə Azərbaycan kubokunun 3 final oyununu idarə edib.

 

Tarix: 12 İyun 15:00    Oxunub: 241    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.