MS-dən 100 milyonluq təklif

“Yuventus”un sağ vinqeri Duqlas Kosta “Mançester Siti” rəhbərliyinin maraq dairəsinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” 27 yaşlı braziliyalının keçidinə gözünü qırpmadan 100 milyon avro xərcləməyə hazırdı.

 

MS-nin baş məşqçisi Pep Qvardiola da Kostanı “Bavariya”dakı fəaliyyəti dövründən yaxşı tanıyır. Ötən həftə “Yuventus” 40 milyon avro ödəyərək Braziliya millisi ilə DÇ-2018-də iştirak etməyə hazılaşan futbolçunun transfer hüququnu “Bavariya”dan birdəfəlik aldı.

 

Onun satışından əldə olunan gəlirlə Turin klubu “Latsio”dan Sergey Milinkoviç-Saviç və “Fiorentina”dan Federiko Kyezanın keçidini həll edə bilər. Bir müddət əvvəl MS-nin “Lester”dən Riyad Mahrezi 75 milyon funta transfer edəcəyi söylənilirdi.

Tarix: 12 İyun 14:36    Oxunub: 242    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.