Ötənlərin məşhur futbolçusu bu klubda baş məşqçi oldu

“Nitsa”nın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, bundan sonra sözügedən klubu Patrik Vieyra çalışdıracaq.

 

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı fransız mütəxəssislə 3 illik müqavilə imzalanıb. Vieyra baş məşqçi postundan bir müddət öncə istefaya göndərilən Lusyen Favrı əvəz edib.

 

Futbolçu olduğu dönəmdə “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti” kimi klublarda forma geyinmiş Fransa millisinin sabiq üzvü son iki ildə ABŞ-ın “Nyu York Siti” komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

 

Yeri gəlmişkən, “Nyu York Siti” də artıq Vieyranın əvəzində yeni baş məşqçi təyin edib. Bu, Domenek Torrentdi. 55 yaşlı mütəxəssis əvvəllər “Mançester Siti”, “Bavariya” və “Barselona”da Xosep Qvardiolanın köməkçisi olub. O, ABŞ klubu ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.

Tarix: 12 İyun 14:24    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.