"Bundan sonra elə oyun göstərməliyəm ki, Qurbanov məni yenə milliyə çağırsın"

“Qazaxıstan yığması yaxşı komanda olsa da, böyük hesablı məğlubiyyəti təsadüfi nəticə sayıram.

 

Latviya ilə görüşdə isə nəyə qadir olduğumuzu göstərdik.

 

Belə bir rəqibi səfərdə 3:1 hesabı ilə üstələməyimiz bizim üçün stimuldur. Həmçinin Qırğızıstanı da məğlub edə bildik”.

 

Sportinfo.az xəbər verir ki, bunu “report”a millinin futbolçusu Cavid İmamverdiyev Qırğızıstan (3:0), Qazaxıstan (0:3) və Latviya (3:1) yığmalarına qarşı yoldaşlıq görüşlərini şərh edərkən deyib.

 

28 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmanın qarşısında duran əsas vəzifə Millətlər Liqasında uğurla çıxış etməkdir:

 

“Millətlər Liqasına hazırlaşırıq və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Millimizin çox yaxşı yerlərə gələcəyinə inanıram. Millətlər Liqasından başıuca çıxmaq üçün əlimizdən gələni artıqlaması ilə edəcəyik.

 

İlk növbədə, qrupdan çıxmağı hədəfləmişik. Düzdür, oyunlar çətin olacaq. İndiki dövrdə zəif rəqib yoxdur. Bütün ölkələr futbol oynamağı bacarırlar. Ancaq biz də öz gücümüzə inanırıq”.

 

Adı "Qarabağ", "Neftçi" və "Qəbələ" ilə yanaşı hallanan İmamverdiyev klub karyerası barədə də danışıb. O, 2018/2019 mövsümünün sonuna qədər müqavilə üzrə məxsus olduğu “Sumqayıt”da qalacağını deyib:

 

“Klubumla müqaviləm var və güman ki, burda qalacam. Düzdü, daha da böyük klublarda oynamaq istərdim. Ancaq müqaviləm var və buna uyğun hərəkət etməliyəm.

 

Bundan sonra da “Sumqayıt”da elə oyun göstərməliyəm ki, Qurban Qurbanov məni yenə milliyə çağırsın. Klub karyerası öz yerində, yığmanın mənafeyi hər şeydən önəmlidi”.

Tarix: 12 İyun 14:00    Oxunub: 521    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.