Mario Balotelli yeni mövsümə “Marsel”də başlayacaq

“Nitsa”nın 27 yaşlı hücumçusu Mario Balotellinin yeni mövsümə “Marsel”də başlayacağı gözlənilir.

 

Sportinfo.az xəbər verir ki, tərəflər arasında transfer detallarının razılaşdırıldığı bildirilir.

 

Keçidin baş tutması üçün yalnız bir problem qalıb: Marsel klubu bu transferi həyata keçirməsi üçün maliyyə nəzarətindən üzüağ çıxmalıdı.

 

İtalyan forvardın adı bir neçə gün əvvəl “Qalatasaray”la yanaşı hallansa da, İstanbul klubu bu iddiaları təkzib etmişdi. Balotelli son mövsümdə “Nitsa”nın heyətində 38 oyun keçirib və 26 qola imza atıb.

Tarix: 12 İyun 13:48    Oxunub: 203    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.