“Çox sağ ol, Bakı” - Dünya çempionu

“Bu mənim sevinc göz yaşlarımdı.

 

Bu cür anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı! Bu qələbə mənim üçün önəmli idi”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında kişilər arasında Elit kateqoriyasında çempion olmuş fransalı idmançı Silven Andre söyləyib.
 
Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğulayıb:

 

“Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Dodeni görürdüm. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”, deyə çempion fikirlərini tamamlayıb.

Tarix: 12 İyun 13:24    Oxunub: 231    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.