Rəşad Sadıqovun işi Qurban Qurbanovdan daha çətindi

Rəşad Sadıqov bacarıqlı adamdı.

 

Macarlarla oyun yoldaşlıq-yoxlama xarakteri daşısa da, müəyyən fikirlər yürütmək imkanı verdi.

 

Əsas məqam hücumdu. Anladıq ki, Sadıqov komandasının ilk öncə qol vurmasını istəyir, nəinki hesabı qorumasını. Bu, yaxşıdı.

 

U-21-də nəticədən çox, oyun ön plana çıxmalıdı. Ki, ən azı bu oyunda buna şahidlik etdik. Minimum 3-4 oyunluq epizod yaratdıq rəqib qapısında. Yararlana bilməməyimiz faciə deyil, çünki belə davam edilsə, o da düzələcək. Müdafiə isə fiaskodu.

 

Bir dəfə yazmışdım, bir də təkrarlayım: Rəşadın işi Qurban Qurbanovdan daha çətindi.

 

Çünki əsas millidə, heç olmasa, peşəkara yaxın futbolçular oynayır, söz deyəndə birinci dəfədən də olmasa, ikinci dəfə nə etmək lazım olduğunu anlayırlar. U-21-də isə hələ kal meyvələr toplanıb və onlardan nəsə tələb etməzdən əvvəl hələ futbolun təməl bilgilərini öyrətmək lazımdı.

 

Yəni bunlardan əvvəlcə futbolçu düzəltmək, sonra iş tələb etmək olar. Buna isə xeyli vaxt lazımdı. Normadan artıq vaxt.

 

Rəşad təcili U-20-nin, başqa hardasa nəsə işi varsa, hamısının başını buraxmalıdı. Çünki hamısı birdən alınmaz, alınması da mümkün deyil.

 

Fikrini bir yerə toplayıb bütün gücünü buna sərf etsə, uğur qazanmasına maneə qalmayacaq.


Kənan Məstəliyev

Tarix: 12 İyun 13:12    Oxunub: 424    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.