Azərbaycan çempionu üçün ÇL-da daha 6 potensial rəqib - SİYAHI

Bir müddət əvvəl yeni adı ilə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz”la bərabər, bu mötəbər yarışda iştirak edəcək 47 komandanın adının müəyyənləşdiyini xəbər vermişdik.

 

Sportinfo.az xəbər verir ki, UEFA futzal üzrə ən mötəbər klub yarışına qatılacaq daha 6 komandanın adını açıqlayıb.

 

Portuqaliyanı “Sportinq” və “Benfika” təmsil edəcək. “Novo Vrejeme” (Xorvatiya), “Ekonomac” (Serbiya), “Gyor” (Macarıstan), “Kremlin – Bicetre Yunayted” (Fransa) də turnirdə gücünü sınayacaq. Beləliklə iştirakçı komandaların sayı 53-ə çatıb.

 

Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 6 ölkəni - İtaliya, Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

 

Çempionlar Liqasında iştirakı dəqiqləşən komandaların adlarını diqqətinizə çatdırırıq: “İnter”, “Barselona” (hər ikisi İspaniya), “Qazprom-Yuqra”, “Sibiryak” (hər ikisi Rusiya), “Sportinq”, “Benfika” (hər ikisi Belçika), “Kayrat”, “Aktobe” (Qazaxıstan), “Prodexim Xerson” (Ukrayna), “ARAZ” (AZƏRBAYCAN), “Doboveç” (Sloveniya), “Era-Pack Chrudim” (Çexiya), “İnformatica Timişoara” (Rumıniya), “Slov-Matik” (Slovakiya), “Hovokubo” (Hollandiya), “Halle - Guik” (Belçika), “Mostar” (Bosniya və Herseqovina), “Lidselmaş Lida” (Belarus), “Rekord Bielsko-Biala” (Polşa), “Veles” (Makedoniya), “KaDu” (Finlandiya), “Nikars” (Latviya), “Sanderjord” (Norveç), “Uddevalla” (İsveç), “Reading Eskolla” (İngiltərə), “Doukas” (Yunanıstan), “Dinamo” (Moldova), “JB Gentofte” (Danimarka), “Çelik” (Monteneqro), “Varna City” (Bolqarıstan), “Fidell” (İsveçrə), “Leo” (Ermənistan), “Enkamp” (Andorra), “Vytis” (Litva), “Tirana” (Albaniya), “Makkabi Nahalat İtzhak” (İsrail), APOEL (Kipr), “Kardif University” (Uels), “Tallinna Kosmos” (Estoniya), “Lynx” (Cəbəllütariq), “Valletta” (Malta), “Murata” (San Marino), “Vattcell” (Şotlandiya), “Nohenstein - Ernstthal” (Almaniya), “Feniks” (Kosovo), “Murexin Allstars” (Avstriya), “Racinq” (Lüksemburq), “Belfast Yunayted” (Şimali İrlandiya), “Vangir Jupiters” (İslandiya), “Novo Vrejeme” (Xorvatiya), “Ekonomac” (Serbiya), “Gyor” (Macarıstan), “Kremlin – Bicetre Yunayted” (Fransa).

 

Məlumat üçün qeyd edək ki, komandamız mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək.

 

“Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək. Apreli 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidi.

 

Püşkatmaya gəldikdə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də, elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.

Tarix: 12 İyun 12:36    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.