"Zirə" "Koru"da yatıb-duracaq

Növbəti mövsümə hazırlaşan “Zirə”nin yay fasiləsindəki planları bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, komanda iyunun 22-də Bakıda bir araya gələcək.

 

“Qartallar” hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

 

Komanda ayın 7-də əvəzediciləri, 14-də isə “Sabah”la qarşılaşacaq. Ayın 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyənin Bolu şəhərinə yola düşəcək və “Koru” otelində məskunlaşacaq.

 

İyulun 29-na kimi qonşu ölkədə qalacaq “qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24, 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Tarix: 12 İyun 11:36    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.