"Biz qardaşıq və belə məqamda bir-birimizə dəstək olmalıyıq"

DÇ-2026-nın ev sahibi ilə bağlı iddia yayılıb.

 

Sportinfo.az xəbər verir ki, iddianı Konqo Demokratik Respublikası Futbol Federasiyasının sədri, FİFA şurasının üzvü Konstant Omar Selemani irəli sürüb.

 

O bildirib ki, DÇ-2026-ya ev sahibliyi etmək hüququna Mərakeş yiyələnəcək: “Mən çoxdan Mərakeşin namizədliyini müdafiə etməyə başlamışam.

 

Əminəm ki, onları bütün Afrika dəstəkləyəcək. Biz qardaşıq və belə məqamda bir-birimizə dəstək olmalıyıq. Əminəm, DÇ-2026 Mərakeşdə olacaq”.

 

DÇ-2026-ya ev sahibliyi etmək üçün Mərakeşdən savayı, ABŞ, Meksika və Kanada da birgə ərizə ilə müraciət ediblər.

Tarix: 12 İyun 11:24    Oxunub: 157    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.