DÇ-2018: Açılış mərasiminin məşhur mahnı ifaçıları bəlli oldu

Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı dünya çempionatının açılış mərasimində çıxış edəcəklər. 

 

Sportinfo.az xəbər verir ki,  tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

 

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

 

11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

Tarix: 12 İyun 11:12    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.