Millimizin üzvü baş məşqçi haqda: "Ona görə burdan getdim"

“Futbolçu oynamayanda özünü pis hiss edir.

 

Mövsümün ilk yarısında “Bursaspor”da gözlədiyim şans verilmədi.

 

Pol Le Quen gəncləri heç düşünmürdü, ona görə də getdim”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü deyib.

 

20 yaşlı vinger "Bursaspor"da uzun illər oynamaq istədiyini deyib: “Təcrübə ehtiyatda oturaraq deyil, oynayaraq qazanılır. "Valveyk"də 14 oyuna 1 qol vurub, 3 assist etdim.

 

Oynadıqca milli komandaya yolum yenidən açıldı. Hazırda "Bursaspor"dayam və komandamla oyuna çıxmaq istəyirəm. Klubumuzun böyük hədəfləri var. Baş məşqçimiz Samet Aybaba gənclərə önəm verən mütəxəssisdi.

 

Getdiyi hər komandada iz qoyur. Bu, mənim kimi gənc futbolçular üçün böyük şansdır. Baş məşqçinin inamını qazanıb, “Bursaspor”da uzun illər oynamaq istəyirəm. Böyük hədəflərim var”.

 

Ozan Can Kökcü ötən il "Feyenoord"dan "Bursaspor"a keçmişdi. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın II Liqa klubu "Valveyk"də keçirmişdi.

Tarix: 12 İyun 12:24    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.