Paytaxt klubu məşhur futbolçunun oğlunu transfer etdi

Transferlərdən doymayan "Roma" növbəti futbolçunu heyətinə qatıb.

 

Sportinfo.az xəbər verir ki, "transfer sehrbazı" ləqəbi ilə məşhurlaşan "canavarlar"ın idman direktoru Ramon Monçi daha bir gənc oyunçunun keçidini həll edib.

 

"Ayaks"ın vingeri Castin Kluyvert "Roma" ilə razılığa gəlib. Paytaxt klubu 19 yaşlı futbolçunun transferi üçün Amsterdam klubuna 18 milyon avro ödəyib. 

 

Hollandiya millisinin üzvü olan Castin məşhur hücumçu Patrik Kluyvertin oğludu. "Roma" daha öncə Zaqreb "Dinamo"sundan Ante Çoriçi 6 milyon avroya transfer etmişdi.

 

"Portu"dan ayrılan İvan Markano isə paytaxt təmsilçisində azad agent statusu ilə keçmişdi. "Atalanta"nın yarımmüdafiəçisi Brian Kristantenin keçidi isə 30 milyon avroya başa gəlmişdi.

Tarix: 12 İyun 10:36    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.