"Bir neçə günə anlaşacağıq, ancaq qiymətləri müzakirə etməliyik"

"Mançester Siti"nin uzun müddətdir maraqlandığı Jorjinyo üçün "Napoli"dən açıqlama gəldi.

 

Sportinfo.az xəbər verir ki, neapollular "şəhərlilər"in 45 milyon avroluq təklifini rədd edib.

 

Mançester təmsilçisi ikinci dəfə 53 milyon avroluq təklif edib və "Napoli"nin tələb etdiyi 60 milyona yaxınlaşıb. "Napoli"nin prezidenti Aureli Di Laurentiis tərəflərin bir neçə günə razılaşacağını deyib:

 

"Mançester Siti" ilə Jorjinyo transferində bir neçə günə anlaşacağıq. Qarşı tərəflə gözəl münasibətimiz var. Ancaq biz qiymətləri müzakirə etməliyik".

 

İtaliya millisinin üzvü olan 26 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 39 oyuna 4 qol vurub, 4 assist edib.

Tarix: 12 İyun 10:24    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.