Bəhramovun nəvəsi DÇ-2018-də İngiltərəyə azarkeşlik edəcək

DÇ-2018-in başlaması ərəfəsində Böyük Britaniya mətbuatı əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.

 

Sportinfo.az xəbər verir ki, "Mirror" qəzeti Tofiq Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib.

 

Qəzet yazıb ki, Bəhramov ailəsi mundialda İngiltərəyə azarkeşlik edəcək. 36 yaşlı kiçik Bəhramov bunları deyib:

 

"Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər.

 

İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu".

Tarix: 12 İyun 10:12    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.