"Neftçi"yə gəlmişəmsə, deməli, yaxşı olacaq” - VİDEO

“Neftçi”nin yeni transferi Tural Axundov paytaxt klubuna keçidi ilə bağlı ilk fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:

 

“Əlbəttə, “Neftçi”yə gəlmək hər bir futbolçunun arzusudu. Çox şad oldum ki, mən də “Neftçi” ailəsinə qoşuldum. Bu kluba gəldiyim üçün çox xoşbəxtəm.

 

“Neftçi” fanatları bəlkə də Azərbaycanın bir nömrəli azarkeşləridi. Qarşıda bizi Avroliqa oyunları gözləyir.

 

Çalışacam ki, komandada öz yerimi möhkəmləndirim və sabit oyun göstərim. Məncə, bu, alınacaq. Çünki qarşıma məqsəd qoymuşamsa, bu kluba gəlmişəmsə, deməli, yaxşı olacaq”.

 

 

 

Tarix: 12 İyun 10:00    Oxunub: 230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.