"Mən bir az istirahət etmək və özümə gəlmək üçün dayanmışam"

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan hazırda futbol üzrə Fransa millisinə rəhbərlik etmək kimi bir niyyətinin olmadığını bildirib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazıb.

 

"Hazırda ən əsas məsələ dünya çempionatında Fransa millisini dəstəkləməkdir. Hələ ki, ölkəmizin milli komandasına rəhbərlik etmək istəyim yoxdu.

 

Mən bir az istirahət etmək və özümə gəlmək üçün dayanmışam. Fransa yığmasına azarkeşlik edəcəm. Biz komandanın ikinci dəfə dünya çempionu adını qazanmasını istəyirik", — deyə fransalı mütəxəssis bildirib.

Tarix: 12 İyun 09:36    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.