"Sumqayıt"a lazım idi, aldılar

"Sumqayıt" yay fasiləsində ikinci transferini reallaşdırıb. 

 

Sportinfo.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan Elvin Məmmədovla 1 illik müqavilə bağlanılıb.

 

"Gənclik şəhəri" təmsilçisi daha əvvəl "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovla eyni müddətə anlaşıb. 

 

Elvin Məmmədov “Qəbələ”dən (11 oyun, 2 qol) başqa “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) formasını geyinib.

 

2008-ci ildə ilk dəfə əsas milliyə dəvət alan Məmmədov yığmanın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Tarix: 12 İyun 09:12    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.