Prezident qəti şəkildə bildirdi: "Satılmır! Yenə burda qalacaq"

“Bavariya”nın Robert Levandovskini satmağa razı olduğu barədə mətbuatda məlumat yayılmışdı.

 

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın prezidenti Uli Höness bu məsələ ilə bağlı açıqlama verib.

 

O, polşalı hücumçunun satılmayacağını bildirib: “Bu, nonsensdi, Levandovski satılmayacaq. O, növbəti mövsümdə də “Bavariya”da olacaq. Bu barədə artıq bir neçə dəfə danışmalı olmuşam”.

 

Məlumat yayılmışdı ki, “Bavariya”nı tərk etmək istəyən Levandovski “Real”a keçmək istəyir. Onunla PSJ, “Çelsi” və “Mançester Yunayted” də maraqlanır.

Tarix: 12 İyun 08:48    Oxunub: 203    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.