Portuqaliya klubu millimizin hücumçusunu almanlardan aldı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliyanın "Eştoril" klubuna keçib.

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Ayntraxt"an ayrılan 19 yaşlı hücumçu potensialını daha da artırmaq niyyəti ilə bu addımı atdığını bildirib.

 

Almaniya və Azərbaycan vətəndaşlığına malik Dadaşov yeni komandaya transferini belə şərh edib: "Eştoril"də olmaqdan çox xoşbəxtəm. Ümidvaram ki, hamımız üçün unudulmaz mövsüm keçirəcəyik".

 

2017-2018-ci illər mövsümündə "Eştoril" Portuqaliya çempionatında 34 oyundan 30 xalla sonuncu yeri tutaraq, aşağı liqaya enib. Bununla əlaqədar komandada baş məşqçi dəyişikliyi olub. Ötən gündən komanda 32 yaşlı Luiş Freyreyə tapşırılıb.

 

Renat Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır.

 

O, U-21-in Macarıstanla iyunun 8-də keçirdiyi görüşdə qollardan birinin müəllifi olub. Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Dadaşovun 2017-ci ilin yayında "Ayntraxt"la peşəkar futbolçu kimi 3 illik müqavilə bağlayıb. Lakin gənc futbolçu intizamsız davranışı üzündən heyətdən kənarlaşdırılıb. 

Tarix: 12 İyun 08:36    Oxunub: 276    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.