Azərbaycan yığmasındakı gələcək karyerası nədan asılıdı?

Azərbaycan millisinin qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəza müddəti başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, bolqarıstanlı legioner artıq yarışlarda iştirak edə bilər.

 

O, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 10 iyun 2016-cı ildə 2 illik cəzaya məruz qalmışdı.

 

Orqanizmindən dehidroxlormetiltestosteron (turinabol) və stanozolol tapıldığı üçün Kostova London olimpiadasında tutduğu 5-ci yerdən məhrum edilmişdi. 

 

Hazırda Bolqarıstanda olan 25 yaşlı idmançının Azərbaycan yığmasındakı gələcək karyerası hazırlıq durumundan asılıdır. O, məşqçilər korpusunu qane edəcəyi təqdirdə, heyətə cəlb ediləcək.

 

Azərbaycanın ən titullu qadın ağırlıqqaldıranı olan Kostova 58 kq çəki dərəcəsində dünya və üçqat Avropa çempionudu. O, həmçinin Bolqarıstan yığmasının heyətində Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.

Tarix: 12 İyun 08:24    Oxunub: 191    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.