Aşpazı zorlayıb - Millinin baş məşqçisi ilə bağlı ŞOK iddia!

Dünya çempionatının startına bir neçə gün qalmış Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli ilə bağlı qalmaqallı məlumat yayılıb.

 

Sportinfo.az xəbər verir ki, Sampaoli seksual zorakılıqda ittiham olunur.

 

Məlumata görə, mütəxəssis yığma komandanın aşpazına qarşı seksual zorakılıq edib. O, susması üçün aşpaza böyük məbləğdə pul da təklif edib.

 

“Radio Mitre”nin əməkdaşı Qabriel Anyelonun verdiyi məlumata görə, qadın susması üçün Sampaolinin təklif etdiyi məbləğdən heyrətlənib.

 

Sampaoli bu məlumatı təkzib edib. Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia da bunu mundial ərəfəsində yığmanın düşərgəsində aranı qarışdırmaq üçün ortaya atılmış şayiə adlandırıb.

Tarix: 12 İyun 01:00    Oxunub: 524    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.