DÇ-2018: Fransa millisinin futbolçuları üçün mükafatın məbləği

Fransa millisi 2018-ci il dünya çempionatının qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləği müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, “xoruzlar” mundialda birinci yeri tutsalar, hər oyunçuya 300 min avro ödəniləcək.

 

Komanda finalda uduzarsa, bu məbləğ 280 min avro təşkil edəcək. Yarımfinal mərhələsi üçün isə 150 min avro nəzərdə tutulub.

 

Son dünya çempionu İspaniya millisi titulunu qoruyacağı halda, hər futbolçuya 825 min avro mükafat veriləcək. Almaniya yığmasının oyunçuları üçün isə 350 min avro mükafat nəzərdə tutulub.

Tarix: 12 İyun 00:50    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.