DÇ-2018-in daha 2 iştirakçısı Rusiyaya gəldi

Fransa millisi dünya çempionatının keçiriləcəyi Rusiyaya gəlib. 

 

Sportinfo.az xəbər verir ki, ölkə futbol federasiyasının prezidenti Noel Le Qre də komanda ilə birgə Moskvaya üz tutub. 

 

Didye Deşamın komandası mundial zamanı Moskva ətrafında yerləşən “Qlebovets” stadionunda məşq edəcək. 

 

Fransa  DÇ-2018-də Avstraliya, Peru və Danimarka ilə eyni qrupda yer alıb.Uruqvay isə Nijni-Novqoroda yollanıb.

 

A qrupunda yer alan Uruqvay millisi Misirlə (15 iyun) Yekaterinburqda, Səudiyyə Ərəbistanı ilə (20 iyun) Rostovda, Rusiya ilə (25 iyun) isə Samara da üz-üzə gələcək.

Tarix: 12 İyun 00:10    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.