“Azərbaycan üzərində qələbəni böyütmək lazım deyil” - BAŞ KATİB

Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin yerli mətbuata açıqlamasanda Azərbaycan üzərində qazandığı qələbə (3:0) haqda danışıb.

 

Sportinfo.az xəbər verir ki, federasiya rəsmisi yoxlama matçında qazanılan qələbəni böyütməyin lazım olmadığını deyib:

 

“Azərbaycan millisi ilə oyunun nəticəsi bizi sevindirdi, amma bu darmadağını böyütmək lazım deyil. Millətlər Liqasının startına hələ üç ay var.

 

Milli üzvləri öz optimal formalarını yığmalıdılar. Qarşıda avrokubok oyunları var. Bunun köməyi ilə qazaxıstanlı futbolçular pik nöqtəyə çata bilərlər.

 

Baş məşqçimiz Stanimir Stoilov qısa vaxt ərzində futbolçularda inam formalaşdıra bilib.

 

Onlar da bunun qarşılığını yoldaşlıq oyunlarında artıqlaması ilə verdilər. Ümid edirəm ki, yığmamız Millətlər Liqasına kimi tam hazır olacaq”.

Tarix: 11 İyun 20:36    Oxunub: 297    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.