“Neftçi”nin Avropa Liqasına hazırlıq proqramı müəyyənləşdi

"Neftçi” futbol klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. 

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq.

 

Bugündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb. “Neftçi” iyunun 22-dək paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək.

 

İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində "ağ-qaralar" 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələlik açıqlanmır. 

 

"Neftçi" 2018-2019 mövsümündə Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək.

Tarix: 11 İyun 20:24    Oxunub: 515    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.