"Azərbaycan millisindən aldığım təklifi qəbul etmədim”

“Trabzonspor”un gənc futbolçusu Murat Cem Akpınar Azərbaycan yığmasından aldığı təklifdən imtina edib.

 

Sportinfo.az xəbər verir ki, geridə qalan mövsümün ikinci hissəsini icarə əsasında “1461 Trabzon”da keçirən Murat bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib:

 

“Trabzonspor”da oynadığım dövrdə Azərbaycanın U-18 milli komandasından mənə təklif gəldi. Ancaq təklifi qəbul etmədim.

 

Çünki Türkiyə millisindən dəvət gözləyirdim. Lakin Türkiyə millisindən o zaman dəvət gəlmədiyinə görə çox üzülmüşdüm”.

 

1999-cu il təvəllüdlü yarımmüdafiəçi yenidən məxsus olduğu “Trabzonspor”a qayıdıb və bu komandanın heyətində Super Liqada oynamaq arzusunda olduğunu bildirib.

 

Hansı ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də məhz sözügedən kluba məxsus olsa da, son mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

 

Tarix: 11 İyun 19:36    Oxunub: 625    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.