Əfran İsmayılov yeni klubu ilə 1 illik müqavilə bağladı

“Sumqayıt” yay fasiləsində ilk transferini gerçəkləşdirib.

 

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan ayrılan Əfran İsmayılovla 1 illik müqavilə bağlanılıb.

 

30 yaşlı yarımmüdafiəçi yeni komandasında da 22 nömrəli formada çıxış edəcək. 

 

Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib.

 

2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

Tarix: 11 İyun 18:12    Oxunub: 287    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.