"Neftçi"dən ilk transfer: RƏSMİ

"Neftçi” 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tural Axundov 1 illik müqaviləyə imza atıb.

 

29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək. Axundov karyerası ərzində "Muğan” (39 oyun, 3 qol), "Rəvan” (54 oyun), "Simurq” (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib.

 

Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən Axundov 32 görüşdə 4 qol vurub.

 

Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan təcrübəli oyunçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Tarix: 11 İyun 18:00    Oxunub: 563    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.