Ağarza Rzayev: "Məncə, "Neftçi"nin yaxşı günləri hələ qabaqdadı"

«Bu təyinatdan gözləntilərimiz çoxdu» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi» Veteranlar Klubunun vitse-prezidenti Ağarza Rzayev deyib. 

 

Roberto Bordinin təyinatına münasibət bildirən tanınmış futbol adamı bildirib ki, bu dəyişiklik komandanı daha da irəli aparacaq:

 

«O, elə-belə məşqçi deyil. Əvvəl çalışdığı klublarda nə işlər gördüyü bəllidi. Yaxşı mütəxəssisdi. Ona hədsiz dərəcədə inanırıq. Qoy, «Neftçi»nin yüksəlişi bundan sonra daha sürətlə getsin.

 

Bir «Neftçi» azarkeşi kimi hamımızın istəyi budu. Biz «Neftçi»ni başqa yerdə görməyə alışmamışıq. Bu, Azərbaycanın ən böyük klubudu və ona çempionluqlar, kuboklar yaraşır.

 

Bordinə «Neftçi»nin tarixi ilə bağlı məlumatlar verərlər. Yəqin ki, o, hara gəldiyini dəqiqləşdirib və mənim kimi milyonlarla azərbaycanlının ondan nə istədiyini, nə gözlədiyini bilir.

 

Məncə, «Neftçi»nin yaxşı günləri hələ qabaqdadı. Biz klub rəhbərliyinin və baş məşqçinin arxasındayıq».

Tarix: 11 İyun 16:36    Oxunub: 485    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.