FİFA milli üçün reytinqin yeni hesablanma sistemini açıqladı

 FİFA milli komandalar üçün yeni reytinqin tərtib olunma sistemini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, yenilənmiş reytinq iyuldan tətbiq olunacaq.

 

Yeni siyahı hazırlanarkən, oyunun əhəmiyyəti nəzərə alınacaq. Daha dəqiqi,

 

- Oyun pəncərəsindən kənar keçirilən yoldaşlıq görüşü üçün 5 xal;

- Pəncərə vaxtı keçirilən yoldaşlıq görüşü üçün 10 xal;

- UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün 15 xal;

- UEFA Millətlər Liqasının "pley-off" və final matçları üçün 25 xal;

- Qitə çempionatlarının və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25 xal;

- Qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal;

- Qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FİFA Konfederasiyalar Kubokunun bütün oyunları üçün 40 xal;

- Dünya çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50 xal;

- Dünya çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal hesablanacaq. Bu görüşlərdə qələbə 1, heç-heçə 0,5 əmsalla qiymətləndiriləcək, məğlubiyyət isə 0-a bərabər olacaq.

 

Digər tərəfdən, qitələrarası əmsallar ləğv olunacaq. Hazırda istifadədə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

 

Böyük yarışların ev sahibləri üçün ayrıca hesablama olacaq. Dünya çempionatının seçmə mərhələsində iştirak etmədiyi üçün Rusiya yığması 70-ci pilləyə enib və bu göstəricidə mundialın ən aşağı reytinqli komandasına çevrilib.

 

Azərbaycan millisi iyunda 2 yoldaşlıq görüşü keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda səfərdə Qazaxıstana 0:3 hesabı ilə uduzduğu halda, Latviyaya qalib gəlib - 3:1. İyun reytinqində yığma 21 pillə irəliləyərək, 321 xalla 105-ci pilləyə yüksəlib. 

Tarix: 11 İyun 16:24    Oxunub: 218    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.