"Qarabağ"ı Türkiyə klubuna 550 min avro maaşa görə dəyişib

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin “Erzurumspor”a keçidinin təfərrüatı müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü “mavi-ağlar”la 2 illik müqavilə bağlayacaq.

 

Onun illik əməkhaqqısı 550 min avro təşkil edəcək. Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.

 

2013 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib.

Tarix: 11 İyun 15:48    Oxunub: 403    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.