Bizdən qaçıb, bizim üçün qaçmayan Ramil - VİDEO

Bizdən qaçıb, bizim üçün qaçmayan azərbaycanlı atlet Ramil Quliyev Brilyant Liqanın Oslo mərhələsində qələbə qazanıb.

 

Sportinfo.az xəbər verir ki, Türkiyə bayrağı altında çıxış edən idmançı 200 metr məsafəyə qaçış yarışında bütün rəqiblərini qabaqlayıb.

 

Türkiyə təmsilçisi 19,90 saniyəlik göstərici ilə ən yaxın izləyicisi olan kanadalı Aron Braunu 0,02 saniyə qabaqlayıb.

 

Bu Ramilin mövsüm ərzində göstərdiyi ən yaxşı nəticədir. Azərvaycanlı atletin 200 metr məsafəyə qaçış rekordu isə 19,88 saniyə təşkil edir.

 

Quliyev Azərbaycan komandasının heyətində gənclər arasında avropa çempionu olduqdan sonra milli federasiya ilə arasındakı problemlər səbəbindən Türkiyəyə yollanaraq adı çəkilən ölkənin heyətində çıxış etməyə başlayıb. Ramil Quliyev Türkiyə yüngül atletika tarixində dünya çempionu olmuş ilk idmançı kimi tarixə düşüb.

 

Tarix: 11 İyun 14:48    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.