"UEFA finalı Bakıda olacaq, hədəf nöqtəmizdə artıq Bakı var"

«Beşiktaş»ın başqanı Fikrət Orman Avropa Liqası ilə bağlı planlarını açıqlayıb.

 

Super Liqada ötən sezonu dördüncü sırada tamamlayaraq Avroliqaya 3 təsnifat matçıyla qatılma şansı yaxalayan İstanbul nəhəngi çox iddialı danışıb.

 

Sportinfo.az xəbər verir ki, o, gələn finalı Bakıda keçiriləcək yarışmanı qazanmaq istədiklərini söyləyib:

 

“Yeni sezonda Çempionlar Liqasında olmayacağımız üçün üzgünük. İndi önümüzdə Avropa Liqası var.

 

Sezonu erkən açacağıq. İlk olarak təsnifat mərhələlərini keçib, ardından qruplara qalmalıyıq. Sonrasında hədəfimiz zirvəye çıxmaqdı. ÇL bizi aşan bir yapıya sahibdi. Böyük büdçələri olan klublar var. Xəyala deyil, gerççəyə söykənməliyik.

 

Avropa Liqasının kubokunu başımız üzərinə qaldıra bilərik. Qazanan klublara baxıram, çoxundan əksiyimiz yox, üstünlüklərimiz var. haraya gedirsək gedək, tərəfdar həmişə arxamızdadı.

 

Marka dəyərimiz dünya çapındadı. UEFA finalı Bakıda olacaq. Hədəf nöqtəmizdə artıq Bakı var. Azərbaycanda kubok qaldırmaq müdhiş anlamlı olar. Bunu başarmaq istəyirik".

 

Tarix: 11 İyun 12:36    Oxunub: 268    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.