Bu qadınlar millimizin futbolçusunun evini yıxır - FOTOLAR

Azərbaycan millisinin yarmmüdafiəçisi Eddi İsrafilov həbs edilə bilər.
 
Sportinfo.az
xəbər verir ki, buna səbəb onun 2015-ci ildə yaratdığı qalmaqaldı.
 
Belə ki, İsrafilov 2015-ci ildə komanda yoldaşları Serji Enriç və Antonio Manuel Luna ilə birlikdə çəkdiyi seks videosunu yaymışdı.

 

Həmin vaxt İspaniyada bir qadınla cinsi əlaqədə olan komanda yoldaşları videonu çəkərək, “Whatsapp” vasitəsilə yığmamızın futbolçusuna göndəriblər. İsrafilov da videonu sosial şəbəkələrdə yayıb.


Qadının vəkili isə futbolçumuzla birlikdə digər oyunçuları da məhkəməyə şikayət edib. Onlar hər üç oyunçunun həbsini tələb ediblər. İspaniya qanunlarına görə, seks videosunu yaymağa görə iki ildən beş ilədək həbs mümkündü.


Futbolçular qadından üzr istəsələr də, məhkəmə prosesi hələ yekunlaşmayıb. Bu hadisə Eddini “Alkorkon"dan uzaq sala bilər.

 

Belə ki, Sequnda klubu bu ilin yanvarında heyətinə qatdığı yarımmüdafiəçidən məsələyə tezliklə aydınlıq gətirməsini tələb edib. Əks halda, o, qeyri-müəyyən müddətədək əsas komandadan uzaqlaşdırılacaq.

 

 

Tarix: 11 İyun 12:24    Oxunub: 684    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.