"Azərbaycanın iki qolu özümüzü göstərmək istəyimizi “öldürə” bilərdi"

“Səhvlər sonda məğlub olmağımızla nəticələndi.

 

Hazırda Azərbaycanın yaxşı komandası var”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Latviyanın hücumçusu Artur Karaşauskas yoldaşlıq oyununda millimizə 1:3 hesablı məğlubiyyətdən sonra deyib.

 

Karaşauskar millimizin oyunçularıbıb fərdi cəhətdən güclü olduğunu deyib: “Litva və Estoniya ilə müqayisədə onların oyunçuları fərdi cəhətdən daha güclüdür. Bu səbəbdən topa daha çox nəzarət edir, onunla yaxşı davranır və düzgün qərarlar verirdilər.

 

Müntəzəm hücumlar qura bilməməyimizin səbəblərini açıqlamaq çətindir. Bəlkə bunu kənardan baş məşqçi daha yaxşı görüb.

 

Ardıcıl iki qol öz oyunumuzu göstərmək istəyimizi “öldürə” bilərdi. Mümkün qədər tez qol vurmaq istəyirdik ki, bu da oyunumuza mane oldu”.

Tarix: 11 İyun 11:36    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.