Qurban Qurbanov buna bir əncam qılacaq

Deməli, istəyəndə olurmuş.

 

Heyət optimala yaxın qurulmuş, eksperiment faizi azaldılmışdı.

 

Bunun da nəticəsi göz qabağındadı. Riqanı ordu ilə işğal etsəydik, bu qədər baxımlı görünməzdi. 


Latviya qrand olmasa da, səfərdə belə qalib gəlmək az iş deyil. Komanda şəklində pis oynamadıq, yetərincə qol epizodu yaratdıq, inamlı qələbə qazandıq.

 

Problemlərimiz odu ki, müdafiəmiz yenə pis gündədi, Namiq Ələsgərov da həmişə olduğu kimi rəqibdən oynayır.


Latviya ilə matçdan çıxardığım əsas nəticə isə budu ki, yığmamızın müəyyən səviyyəsi var. Bu səviyyədən aşağı olan komandalara bir yol tapıb qalib gələ bilirik. Yəni Farer adaları və Malta ilə matçlarda millimizə güvənə bilərik.

 

Kiçik bir şey kimi görünə bilər, ancaq mən tam əksini düşünürəm. O ki qaldı bizdən güclülərə...

 

Hə, burda Kərəmi ağlamaq tutur. Ümid edək ki, Qurban Qurbanov buna bir əncam qılacaq.


Kənan Məstəliyev

 

Tarix: 11 İyun 11:00    Oxunub: 508    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.