"İcazə alacam və komandaya gec qoşulacam, çox yorulmuşam"

Millimizin və "Aue"nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.
 
Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi millinin toplanışından sonra istirahətə yollanıb. 


O, “Aue”nin iyunun 25-də başlayacaq təlim-məşq toplanışına bir neçə gün gec qoşulacaq. Nazarov yorulduğunu və klubun baş məşqçisi Hannes Dryusdan əlavə 3-4 günlük istirahət üçün vaxt istəyəcəyini deyib:

 

"İstirahət mənim üçün vacibdi. Baş məşqçidən icazə alacam və komandaya gec qoşulacam. Mövsümdə tək fiziki deyil, psixoloji cəhətdən də yoruldum. Bu mövsüm daha yorğun və gərgin keçdi".


Nazarovun “Aue”dən olan komanda yoldaşları istirahətə yollansalar da, o, millimizin toplanışına qatılıb. Hazırlıq çərçivəsində Qırğızıstan (3:0) və Qazaxıstanla qarşılaşmalarda (0:3) meydana çıxıb, Latviya ilə oyunda (3:1) isə ehtiyatda qalıb:

 

“Mövsüm təkcə fiziki deyil, psixoloji baxımdan da çox ağır keçdi. Bu il əvvəlki ilə müqayisədə daha gərgin alındı. Yorucu uzun yollar qət etməli olduq və yenidən bərpa olmağa vaxt olmadı”.

 

Tarix: 11 İyun 10:48    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.