"Azərbaycana qarşı oynamağa düşüncə olaraq hazır deyildik"

"Biz Azərbaycan yığmasını analiz etmişdik".


Sportinfo.az xəbər verir ki, bunu Latviya millisinin baş məşqçisi Miksu Paatalaynen Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.


51 yaşlı mütəxəssisin fikrincə, Azərbaycanı Litva və Estoniya ilə müqayisə etmək çətindi: "Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər.

 

Biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindi. Azərbaycana qarşı oynamağa düşüncə olaraq hazır deyildik". 


Finlandiyalı mütəxəssis qeyd edib ki, Azərbaycan millisinin yaxşı komanda olduğunu öncədən bilirdi:

 

"Məqsədimiz qalib gəlmək idi. Bərabər səviyyəli matçın olacağını düşünürdüm, amma gümanlarımda yanıldım”.

 

Tarix: 11 İyun 10:12    Oxunub: 111    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.