Bakıda “100 illik Yubiley Kuboku” turnirinin qalibi müəyyənləşdi

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Milli Atçılıq Festivalı çərçivəsində Bakı Dövlət Cıdır meydanında Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin final mərhələsində “Polad Çövkən” “Buta Golden”i 2:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

 

“Sərhədçi” isə “Omar Çövkən”i 4:0 hesabı ilə üstələyərək birinci yeri tutub. Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.

 

Milli Atçılıq Festivalına iyunun 15-17-də Azərbaycan, Almaniya, İrlan­diya və Hindistan təmsilçisi klubların iştirakı ilə artıq 6-cı dəfə keçiriliəcək Arena Polo üzrə Dünya Kuboku yarışları ilə yekun vurulacaq.

 

Üç gün davam edəcək turnirdə, ümumilikdə, 6 oyun keçiriləcək.. Yarışda Azərbaycanı milli polo komandasının idmançılarından ibarət “Elite Horse&Polo Club” təmsil edəcək.

Tarix: 10 İyun 23:12    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.