Brilliant Liqanın qalibi Quliyev oldu - VİDEO+FOTO

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda qalib olub. 

 

Sportinfo.az xəbər verir ki, 28 yaşlı idmançı Norveçin paytaxtı Osloda təşkil olunan yarışın 5-ci mərhələsində 19.90 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

 

Kanadalı Aaron Braun 19.98 saniyə ilə ikinci, trinidad və tobaqolu Cerim Riçards isə 20.19 saniyə ilə üçüncü olub. 

 

 

Böyük stadion, mükəmməl tamaşaçı, gözəl hava – belə şəraitdə sən yalnız yaxşı qaça bilərsən. Ümid edirdim ki, bundan daha sürətli qaçaram. Ancaq bir az ləngidim.

 

Avropa çempionatında 200 metrə qaçacam və məqsədim Pyetro Menneanın Avropa rekordunu (italiyalı atlet 1979-cu ildə 19.72 nəticə ilə finişə çatıb – S.T.) qırmaq olacaq”, – deyə Ramil Quliyev qələbəsini şərh edərkən bildirib.

 

Ötən il Londonda dünya çempionu olmaqla Azərbaycan və Türkiyə atletikasının tarixinə düşmüş Ramil Quliyev bu liqanın Roma mərhələsində III yeri tutmuşdu. O ötən il Birmingem mərhələsində 200 metr qaçışda 20.17 nəticə ilə liqanın çempionu olmuşdu.

Tarix: 10 İyun 15:43    Oxunub: 302    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.