Tale Heydərov Bakıda elə bir açılış etdi ki... - VİDEO+FOTOLAR

Bakıda “LİBRAFF Park Akademiya” adlı kitab mağazasının və Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş kitablarının təqdimatı baş tutub.  

 

Sportinfo.az xəbər verir ki, tədbirdə ictimaiyyət, siyasət və mədəniyyət nümayəndələri, media üzvləri iştirak edib. 

 

Təqdimatı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təsisçisi və sədri, "Qəbələ"nin prezidenti Tale Heydərov açıb.

 

O, açılışda iştirak edən hər kəsə minnətdarlığını bildirərək “LİBRAFF”ın fəaliyyəti barədə danışıb: “Bu mağaza şəbəkəsi 2017-ci ildə yaradılıb və paytaxtın görkəmli yerlərində, hava limanında, tanınmış ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

 

“LİBRAFF” kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. 

 

“LİBRAFF”ın flaqman mağazası-“Park Akademiya”nın yerinin seçilməsindən onun dizayn tərtibatına və xidmətin təşkilinədək hər bir məsələ məqsədyönlü xarakter daşıyır. Bu yer Azərbaycan Milli Elmlər Akademiyasının, Bakının çoxsaylı pedaqoji heyəti, tələbə-şagird kontingenti olan universitet və məktəblərin qovşağında yerləşir. İstər zahiri, istərsə də daxili etibarilə kitaba hörmət hissi yaradır. 

 

Oxucular burada dünyanın görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcəklər. Bununla da “LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq”. 

 

T.Heydərov daha sonra “LİBRAFF”ın yaranması yolunda “TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd edib:

 

“Bu gün “TEAS Press” nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da tanınır. “TEAS Press”, “3 alma” və “Yay” markaları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendinə çevirilmişdir. İstanbulda fəaliyyət göstərən “TEAS Yayınçılı” Türkiyənin ən qabaqcıl 10 nəşriyyatı sırasına daxil olmuşdur. 

 

Bu gün “LİBRAFF Park Akademiya”nın açılışı ilə eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Cümhuriyyətin 100 illiyinə həsr edilmiş nəşrləri də təqdim olunur. “TEAS”da bu tarixi hadisəyə öz töhfəsini verib və bu məqsədlə Azərbaycanda ilk dəfə yeni və əsaslı layihələr həyata keçirilib.

 

Onların içərisində Türkiyənin Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd, materialların 4 toplusu mühüm yer tutur. Avropa Azərbaycan Cəmiyyətinin həyata keçirdiyi digər unikal layihə 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış mühacir “Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd cildlik kitabın nəşridir”.

 

Təqdimat mərasimində Mədəniyyət nazirinin müavini Vaqif Əliyev və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də “LİBRAFF” heyətini, oxucuları kitab mağazasının açılışı münasibətilə təbrik ediblər. 

 

Daha sonra tədbirdə iştirak edən digər qonaqlar da kitab və kitab mağazaları barədə öz fikirlərini bölüşüblər (qafqazinfo).

 




















Tarix: 10 İyun 15:30    Oxunub: 844    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.