Azərbaycan güləşçisi AÇ-da erməniyə qalib gələrək finala çıxdı

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

 

Sportinfo.az xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

 

61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.

 

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və final yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq. Final görüşləri Bakı vaxtı ilə 10 iyun saat 19:30-da başlayacaq.

 

61 kq

Bürünc medal görüşü - Ertuğrul Kahveci (TUR) - Elçin Vəliyev

1/2 final - Elçin Vəliyev - Vitalie Bunici (MDA) 5:7

1/4 final - İon Surugiu (ROU) - Elçin Vəliyev 0:10

 

86 kq

1/8 final - İllia Arçaia (UKR) - Hacımurad Məhəmmədsəidov 14:4

 

92 kq

FİNAL - Şamil Zubairov - İrakli Mtsituri (GEO)

1/2 final - Sargis Hovsepyan (ARM) - Şamil Zubairov 5:7

1/4 final - Şamil Zubairov - Batırbek Tsakulov (RUS) 10:5

Tarix: 10 İyun 15:04    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.