Qurbanov "14 nömrə"ni yığmaya qayıtmağa razı sala bilsə…

Qazaxıstan məğlubiyyətini faciəyə çevirməmişdim. Latviya qələbəsini də böyütmürəm.

 

Latışlar qazaxlardan xeyli zəfdi.

 

"Rəvan"dan tanıdığımız Kristian Torresin mərkəzdə yer aldığı Latviya yığmasından bütün parametlərdə üstünük. Bu qalibiyyət Qazaxıstan fiaskosunun sarsıdıcı zərbəsindən tez ayılmaq baxımından önəmlidi.

 

Ardıcıl 2 uğursuzluq məşqçilər korpusu və futbolçulara psixoloji cəhətdən zərbə vura bilərdi. 

 

Millətlər Liqasına kimi Bədavi Hüseynovun optimal formaya düşəcəyinə, Riçard Almeydanın da qayıdacağına ümid eləyirəm.

 

Baş məşqçimiz bildirib ki, optimal heyəti Kosova ilə oyunda görəcəksiz. Sentyabra hələ çox var. O vaxta kimsə zədələnə, formada olmaya, klubsuz qala, oyun praktikasından məhrum ola bilər.

 

Qurban Qurbanovum yığmadakı qısamüddətli fəaliyyətinə baxaraq Kosovaya qarşı kimlərin start heyətində yer alacağına münasibət bildirirəm:

 

- 6 nəfər start heyətində özünə yer eləyib: Kamran, Maksim, Qara, Almeyda, Bədavi (hazır olsa), Araz.

 

- Mərkəz hücumçusu Amil Yunanov dəqiq olmayacaq! Ramil və ya Mahir.

 

- Qara ilə Almeydanın yanındakı 3-cü mərkəz yarımmüdafiəçi kim olacaq? 3 ehtimal var: Dima, Cavid, Emin. Məncə, Emin olmayacaq. Cavid və ya Nazarov.

 

- Yarımmüdafiənin soluna 2 namizəd - Namiq və Mahir.

 

- Və müdafiə xətti. Hə, burda Kərəmi ağlamaq tutur. Qazaxıstanla matçda stopperlərimiz - Maksimlə Ruslan bərbad çıxış elədilər.

 

Bədavi formaya düşsə, mütləq oynayacaq. Yanında kim olacaq? Məncə, 3 namizəd var: Maksim, Ruslan və Rəşad Sadıqov.

 

Qurban Qurbanov "14 nömrə"ni yığmaya qayıtmağa razı sala bilsə, 1 güllə ilə 2 quş vurmuş olar: "Qarabağ"ın son illərdəki uğurlu çıxışında xüsusi rol oynamış Rəşad-Bədavi tandemi bərpa olunar, həm də Maksim sağ cinaha qayıtmış olar.

 

- Ən böyük müəmma isə müdafiənin soludu. Qurbanov sentyabrın 7-si səhər seçim edəcək.


Ceyhun Rzayev

Tarix: 10 İyun 14:38    Oxunub: 844    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.