Ruslan Abışov: "Qazaxıstana məğlubiyyət təsadüf idi" dedi

"Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ruslan Abışov deyib.

 

Təcrübəli müdafiəçi millimizin heyətində Latviyaya qarşı keçirdikləri yoldaşlıq matçı haqda danışıb. O, bir neçə gün öncə Qazaxıstana məğlub olduqları matçdakı nəticənin təsadüfi olduğunu bildirib:

 

"Qazaxıstana 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik". 

 

Ruslan oyunçuların Millətlər Liqasının startına qədər tam hazır olmasını arzulayır: "Qarşıda vacib oyunlar var.

 

Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.

Tarix: 10 İyun 11:10    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.