"Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də..."

"Nəticədən razı deyilik, Estoniya və Litva ilə Baltika Kubokundakı oyunlarımız yaxşı alınmışdı.

 

Həmin oyunlardan sonra təlim-məşq toplanışımızı və yoldaşlıq oyunları tsiklini müsbət yekunlaşdıracağımıza ümid edirdim.

 

Lakin hər şey tərsinə oldu. Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də, oyun planlaşdırdığımız kimi alınmadı".

 

Sportinfo.az xəbər verir ki, bunu Latviya millisinin baş məşqçisi Miksu Paatalaynen Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.

 

51 yaşlı mütəxəssis qələbə qazana bilməmələrində bütün komandanın günahkar olduğunu bildirib: "Oyunçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdır:

 

"Biz nə dərəcədə hazırıq?" Keçirdiyimiz 3 oyunun nəticələrinə əsasən, fiziki və psixoloji cəhətdən zəif hazırlığımız Avropa çempionatının seçmə tsikli öncəsi bizə təhlükə yaradır.

 

Lakin bunlar adi sözlər yox, düşünmək üçün əsasdır. Bunu hamı etməlidir ki, belə hal təkrarlanmasın".

Tarix: 10 İyun 09:39    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.