Qurban Qurbanov: "Millətlər Liqasında bizə çətin olacaq"

Bu gün Latviya millisi ilə yoldaşlıq oyunu keçirən və böyükhesablı qələbə qazanan Azərbaycanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

 

Sportinfo.az xəbər verir ki, o, 3:1 hesablı qələbəni belə şərh edib:

 

“10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun. Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım.

 

Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçularda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq.

 

Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq.

 

Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm.

 

UEFA Millətlər Liqasında çətin olacaq. İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir”.

Tarix: 9 İyun 22:48    Oxunub: 311    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.