Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sportinfo.az-ın məlumatına görə, 69 kq çəkidə çıxış edən 16 yaşlı Deresh Pablo döyüş zamanı zədələnib. O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Federasiyanın baş katibi Nağı Səfərov "report"a açıqlamasında idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib. O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tomoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın məskunlaşıdığı otelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb.