Azərbaycan Qızıl Avropa Liqasında ən çox xal toplasa da...

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Qızıl Avropa Liqasının “Dördlər finalı”na vəsiqə qazana bilməyib.

 

Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizə aparan Macarıstan və Finlandiya arasındakı matçdan sonra komandamızın arzuları puç olub.

 

Görüş Macarıstanın 3:2 üstünlüyü ilə bitib. Finlandiya bu oyunda xal qazandığı üçün qrup liderliyini təmin edib.

 

Ev sahibi kimi “Dördlər finalı”na qatılacağı əvvəldən bəlli olan Macarıstan qrup lideri olmadığı üçün, Azərbaycanın ən yaxşı qrup ikincisi olaraq növbəti mərhələyə yüksəlməsi də mümkün olmayıb.

 

Finlandiya və Macarıstanla yanaşı, Bolqarıstanla Çexiya da “Dördlər finalı”na vəsiqə qazanıblar.  A qrupunda yer alan Azərbaycan 15 xalla turnirdə Bolqarıstanla birlikdə ən çox xal toplayan komanda olub.

Tarix: 7 İyun 14:36    Oxunub: 129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.