"Ağayevə hələ bu da azdı" - Gənc musiqiçilər 5 qat çempion haqda - VİDEO

"Rafaelə hələ bu da azdı" -  Sportinfo.az milli.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan repinin parlayan simalarından Paster həmkarı Xpert-lə bərabər yeni çıxardıqları parça haqqında deyiblər.

 

"RAFAEL AGAYEV" adlanan parça karate üzrə 5 qat dünya çempionu Rafael Ağayevə həsr edilib və repçilərin yeni çıxacaq "İKİQAT" albomunda yer alıb.

 

Musiqisi Clavis-ə (Emin Euro) məxsus olan rep parçasının səs rejissorluğu Drek-ə aiddir. Mahnı üçün çəkilmiş klipin rejisoru isə İlkin İmanovdu.

Paster saytımıza yeni çıxan parça barədə danışıb:

 

Bu cür lahiyənin hazırlanmasında məqsəd nə idi?

- Bu parçada Rafael Ağayevi önə verməklə sanki bir qəhrəmanı önə verirmiş kimi hiss edirdik özlüyümüzdə. Hansı ki insanlar onun etdiklərinə elə də önəm vermir və tez yaddan çıxarırlar. Bizim də əsas məqsədimiz o idi ki, bu parça ilə hər kəsin yadına salaq ki, belə bir qəhrəman var, yaddan çıxarmayın.

 

Rafael Ağayevin xəbəri var idi bu layihədən?

 - Xeyr, özündən xəbərsiz etdik. Çünki 5 dəfə dünya çempionu olmuş, hətta səhv etmirəmsə, Yaponiyada heykəli olan bir insan üçün bizim etdiyimiz zənnimcə azdır belə. Çünki hər bir şeyi ilə Rafael bizi dünyaya tanıdır.

 

Rep parçaları adətən mesajlar və atmacalarla dolu olur. Bəs sizin bu mahnınızda hansısa mesaj var?

 - Təbii ki, elə ilk mesaj onun necə bir şəxsiyyət olması, ikincisi isə Rafael Ağayev karatedə necədirsə, bizdə repdə o cürük mesajıdır.

<div data-setup="{" plugins":="" {"vastclient":="" {"adtagurl":="" "https:="" ad.adriver.ru="" cgi-bin="" rle.cgi?sid="216188&bt=61&pz=0&target=top&tuid=1&rnd=875736826&quot;,&quot;adsCancelTimeout&quot;:" 25000,"adsenabled":="" true}}}"="" id="adriver_video" preload="auto" style="box-sizing: border-box; margin: 0px 0px 0px auto; padding: 0px; border: 0px; font: inherit; vertical-align: baseline;">
 

Yeni çıxmış parçanı sizlərə təqdim edirik:

Rep tarixində çox sənətçilər olub ki, sözünü demiş idmançılar üçün musiqi parçaları hazırlayıblar. Belə repçilərə Tupak və AZAD-ı misal çəkmək olar.

 

Dünya boks tarixinin ən güclülərindən sayılan Mayk Taysonla yazdığı rep parçalarla Amerika dövlət başçılarını belə narahat etmiş Tupak Amaru Şakurun dostuluğu çoxuna məlumdu.

 

.

 

Vaxtilə məşhur reperin bokçu dostu üçün hazırladığı rep parçası da dinləyicilərin marağına səbəb olmuşdu.

 

Daha bir nümunə kimi alman repçi AZAD-ın Konor Makqreror üçün hazırladığı parçanı da göstərmək olar.

 

Xpert və Pasterin yeni parçası qısa müddət ərzində böyük marağa səbəb olub və Youtube platformasında 5 gün ərzində 80 min baxış sayı yığıb.

Tarix: 7 İyun 11:00    Oxunub: 298    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.